Amerikada intihara cəhdin qiyməti bu qədər bahadır

Özünü öldürə də bilmədi, borca da düşdü
Sputnik

BAKI, 20 aprel — Sputnik. Amerikalı kişi intihara cəhd etdikdən sonra koma vəziyyətinə düşüb.

Məşhur marketin keçmiş filial müdiri intihar etdi

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, komadan ayılandan sonra eşitdiyi xəbərdən şok olub. Belə ki, xəstəxanadan ona 8 gün üçün 93 min dollar borcu olduğu bildirilib.

Bu barədə Cordan öz "Tvitter" səhifəsində yazıb.

Cordan dərman preparatlarına 6 min dollar, palatada yatdığına görə isə 10 min dollar ödəməli olacaq. Cordanın sözlərinə görə, sığorta onun borcunun müəyyən hissəsini ödəyə biləcək.

"Amerikada intihara cəhd bu qədər bahadır" – deyə amerikalı yazıb.

Sosial şəbəkə istifadəçiləri Cordanın yazdıqlarına təəccüblənib və hər kəs bu mövzuda olan təcrübəsindən danışıb.