BAKI, 19 iyul — Sputnik. “Azəriqaz” İctimai Birliyinin inzibati binasında (Bakı şəhəri, Yusif Səfərov küçəsi 23) təcili səyyar xidməti yaradılıb. Sputnik Azərbaycan-a “Azəriqaz” İB-dən verilən xəbərə görə, birliyin inzibati binasının birinci mərtəbəsində, həmçinin, Mərdəkan, Xırdalan, Maştağa xidmət sahələrində şənbə və bazar günləri abonentlərə saat 09:00-dan 18:00-dək xidmət göstəriləcək.