RUSİYA

Putinlə Paşinyan yenidən bir araya gələcək

Oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası Yerevanda keçiriləcək
Sputnik

BAKI, 19 aprel — Sputnik. Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Rusiya və Ermənistan liderləri – Vladimir Putin və Nikol Paşinyanın görüşü barədə danışıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Matviyenkonun sözlərinə görə, hər iki ölkə başçıları mayın 29-da Qazaxıstanda baş tutacaq Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası zamanı görüşə bilər.

O, həmçinin əlavə edib ki, ölkələr arasında qarşılıqlı siyasi əlaqələr olduqca konstruktiv şəkildə qurulur: "Putin və Paşinyan ötən il 7 dəfə görüşüblər. Oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası Yerevanda keçiriləcək və liderlər bu iclas zamanı görüşə bilərlər".