Prezident təqaüdçüsünə vəzifə verildi

Mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilir
Sputnik

BAKI, 19 aprel — Sputnik. Daha bir mədəniyyət evinə yeni təyinat olub. Sputnik Azərbaycan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru vəzifəsinə, adı "Qızıl kitab"a yazılmış, Prezident təqaüdçüsü, vokalçı Məmmədov Amil Həsən oğlu təyin olunub.

Xatırladaq ki, Baş İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilir.