SƏHİYYƏ

Ən təhlükəli qidalanma qrafiki

Yatmamışdan öncə qəbul edilən qidalar çətin həzm edilir
Sputnik

BAKI, 19 aprel — Sputnik. Alimlər sağlamlıq üçün ən təhlükəli qidalanma qrafikini açıqlayıblar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, elm adamlarının fikrincə, gecə saatlarında yemək yeyən şəxslər ertəsi gün səhər yeməyindən imtina edir. Bu da ürək tutmalarının artmasına səbəb olur.

Mütəxəssislər hesab edirlər ki, yatmamışdan öncə qəbul edilən qidalar çətin həzm edilir. Bununla yanaşı, yalnış qidalanma hormonal balansı da pozur.

Braziliyada San-Paulo Universitetinin əməkdaşları ürək çatışmazlığından əziyyət əkən 113 xəstənin sağlamlığını nəzarət altına alıblar. Onlardan 57 faizi ən az həftədə 3 dəfə səhər yeməyindən imtina edənlər, digər hissəsi isə yatmamışdan öncə gecə saatlarında qidalananlar olub.

Alimlər qeyd ediblər ki, yuxu ilə qidalanma arasında minimum iki saat ara olmalıdır. Səhər yeməyi isə gündəlik qəbul edilən kalorinin 15-35 faizini təşkil etməlidir.