HADİSƏ

Xırdalanda yanğın olub

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib
Sputnik

BAKI, 18 aprel — Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın pəncərə çərçivəsi və ev əşyaları 10 m² sahədə yanıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.