Prezident paytaxtda görülən işlərlə tanış olub

İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkına baş çəkib
Sputnik

BAKI, 18 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə baş çəkiblər.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident və birinci xanım Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.