RUSİYA

Kim Çen In Rusiyaya gəlir

Peskov: "Mən təsdiqləyə bilərəm ki, görüş hazırlanır"
Sputnik

BAKI, 18 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin və onun Şimali Koreyadan olan həmkarı Kim Çen In aprelin ikinci yarısında görüşəcəklər. Bu barədə Sputnik Azərbaycan Kremlin rəsmi saytına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Kim Çen In Rusiyaya səfərə gələcək. Görüşün digər təfərrüatları açıqlanmır.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, hələlik görüşün vaxtı və keçirilmə yerinə dair konkretlik yoxdur: "Mən təsdiqləyə bilərəm ki, görüş hazırlanır. Biz bu barədə çoxdan danışırıq. Lakin hələlik sizə konkret bir şey deyə bilmərəm".