CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda rus dilinə maraq niyə artır - Ekspert şərhi

Təhsil eksperti Məlahət Mürşidli deyir ki, valideynlər uşaqlarının rus bölməsində təhsil almasına çalışır
Sputnik

“Azərbaycanda rus dilinin və mədəniyyətinin qorunması Rusiyada yüksək dəyərləndirilir. Rusiya da, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin qorunub saxlanılmasına çalışır”. Bunu ötən həftə Azərbaycana səfər edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

Təhsil eksperti Məlahət Mürşidli Sputnik Azərbaycan-a deyir ki, cəmiyyətdə rus dilinə marağın artmasının səbəbi bu dili öyrənmək istəyidir:

“Rus dilinin əhəmiyyətini və gələcəkdə lazım olacağını düşünən valideynlər uşaqlarının rus bölməsində təhsil almasına çalışır. Biz aparılan müşahidələr əsasında da görürük ki, say artır, ancaq keyfiyyət azalır. Buna görə də təkliflər olunur ki, qəbul prosesi imtahanla aparılsın. Bu həm də keyfiyyətin yükəslməsinə səbəb olacaq”.

Məlahət Mürşidlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz