BAKI, 17 aprel — Sputnik. Rusiyada maraqlı hadisə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Buryat Respublikasından bir nəfər diş ağrısı ilə stomatoloqa müraciət edib. Stomatoloq xəstəninin ağız boşluğunu müayinə edən zaman şoka düşüb.
Belə ki, həkim xəstənin ağız boşluğunda bolt aşkar edib. Məlum olub ki, 28 il əvvəl başqa bir həkim xəstənin ağız boşluğuna dəmir bolt yerləşdiribmiş.