Perunun sabiq prezidenti özünü vurdu

Təcili olaraq əməliyyat olunan eks-prezidentin komada olduğu bildirilir
Sputnik

BAKI, 17 aprel — Sputnik. Perunun sabiq prezidenti Alan Qarsia özünə qəsd edib.

Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident daha əvvəl rüşvət almaqda ittiham olunmuşdu və onun ölkədən çıxışı qadağan olunmuşdu.

Sabiq prezident polis onu həbs etməyə gəldiyi zaman özünə atəş açıb. Qarsia dərhal xəstəxanaya çatdırılıb. Təcili olaraq əməliyyat olunan eks-prezidentin komada olduğu bildirilir.

Alan Qarsia iki dəfə - 1985 -1990 və 2006-2011-ci illərdə Perunun prezidenti olub.