QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyandan sülh mesajı

Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub
Sputnik

BAKI, 17 aprel — Sputnik. Fransanın paytaxtı Parisdə səfərdə olan Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan fransalı həmkarı Jan-İv Le Drianla görüşüb. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, erməni nazir "Notr-Dam-de-Pari" kilsəsinin yanması ilə bağlı Fransa xalqına dəstəyini ifadə edib.

Zakir Həsənov: "Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verilir"

Mnatsakanyan, həmçinin öz həmkarına Ermənistan baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makrona ünvanlandığı məktubu da təqdim edib. Məktubda Paşinyan birgə səylər vasitəsilə kilsənin əvvəlki vəziyyətini bərpa etmək üçün bütün lazımi addımların atılacağına ümid edir.

Görüş zamanı erməni və fransız nazirlər ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər. Ermənistan XİN rəhbəri fransız həmkarını aprelin 15-də Moskvada baş tutan görüşün nəticələri barədə məlumatlandırıb.

Mnatsakanyan qeyd edib ki, Ermənistan tərəfi münaqişənin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır. Tərəflər Qarabağ münaqişəsinin nizamlanması prosesinə yardım məqsədilə əlverişli mühitin yaranmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, aprelin 15-də Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü keçirilib. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.