MƏDƏNİYYƏT

Azərbaycanın yarısında barmaq izləri olan sənətkar vəfat edib

O, bütün qərb bölgəsində, Sumqayıtda, Bakıda böyük abidələr ucaldıb, kompozisiyalar yaradıb
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Qazaxda yaşayan peşəkar rəssam-heykəltaraş Ramiz İsmi-Qaya vəfat edib. Heykəltaraşın həyat yoldaşı Səmayə Məmmədovanın Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə görə, 72 yaşlı sənətkar uzun müddət əsəb pozğunluğu və epilepsiya xəstəliyindən əziyyət çəkib.

Azərbaycanda elə bir adam yaşayır ki, ölkənin yarısında barmaq izləri var

Son 4 ayı isə yataq xəstəsi olub. S.Məmmədova maddi çətinliklər səbəbindən ailə başçısına lazım olan müalicəni etdirə bilmədiklərini söyləyib. Mərhum doğulduğu Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ramiz İsmi-Qaya onlarla fundamental abidənin, heykəl və barelyeflərin müəllifidir. Onun yaratdığı abidələrlə Qazax ən çox heykəllər olan rayona çevirilib. Bundan başqa, bütün qərb bölgəsində, Sumqayıtda, Bakıda böyük abidələr ucaldıb, kompozisiyalar yaradıb.

Sənətkarın həyatının son illəri yoxsulluq içində keçib. Sputnik Azərbaycan-ın 21.06.2018-ci il tarixində yayımladığı "Azərbaycanda elə bir adam yaşayır ki, ölkənin yarısında barmaq izləri var" başlıqlı yazısında mərhum sənətkarın yaradıcılığı və problemlərindən söhbət açılıb.