CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlər üçün yeni imkan yaradılıb

Genişmiqyaslı idman tədbirlərinin maksimum şəkildə effektiv işıqlandırılmasına hesablanmış sessiya təşkil olunub
Sputnik

BAKI, 17 aprel — Sputnik. Azərbaycan KİV nümayəndələri üçün SputnikPro-nun yeni sessiyası təşkil olunub. Yeni sessiya genişmiqyaslı idman tədbirlərinin maksimum şəkildə effektiv işıqlandırılmasına hesablanıb.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu "SputnikPro" layihəsi çərçivəsində Azərbaycan KİV-lərin nümayəndələri idman jurnalistikası sahəsində rusiyalı ekspert, bloqer, jurnalist, idman şərhçisi Vasiliy Konovun təcrübəsi ilə tanış olmaq imkanı əldə ediblər.

Jurnalistlər üçün yeni imkan yaradılıb

İdman sahəsində ixtisaslaşan KİV-lərin nümayəndələri redaksiyada və yarışların keçirildiyi yerlərdə iş prosesinin keyfiyyətli formada təşkili, jurnalistlər və idmançılar, həmçinin məşqçi heyəti arasında əlaqələrin yaradılmasından başlayaraq, tamhəcmli kontentin ani şəkildə göndərilməsi və auditoriyaya hesablanan xüsusi mobil servislərin yaradılmasına qədər, idman sahəsində genişmiqyaslı idman yarışlarının işıqlandırılması barədə bilgilər əldə ediblər.

Vasiliy Konov – "2017-ci ilin ən yaxşı idman jurnalisti" nominasiyasında "Qızıl mikrofon" nominasiyasının sahibidir. 2013-cü ildə Kazanda Ümumdünya Yay Universiadası və 2014-cü ildə Olimpiya və Paralimpiya Qış oyunlarının keçirilməsinə görə xatirə medalları, "Dostluq" ordeni ilə təltif olunub.