VİDEO

“Kukla Evi” yaxud Bakıda qadının müasir cəmiyyətdə roluna həsr edilmiş sərgi

Bakıda qadınların müasir dünyada, xüsusilə də, incəsənətdə roluna həsr edilmiş sərgi öz işinə başlayıb. Daha ətraflı – Sputnik Azərbaycan-ın videosunda.
Sputnik

“Kapelhaus” Almaniya-Azərbaycan Mədəniyyət evində “Kukla Evi” adlı qrup müasir incəsənət sərgisi açılıb. Sərginin əsas fokus nöqtəsi qadınların müasir incəsənətdə, ümumiyyətlə müasir dünyada, rolu, özlərini ifadəsi və kişilərlə münasibətlərdə yeridir.

Azərbaycan və İsveçrənin yüzillik ənənələrinə həsr edilən sərgi

Əsli Səmədova, Alfons Huq və Anika Mayer tərəfindən kurasiya edilən layihədə müxtəlif ölkələri təmsil edən 13 sənətçi iştirak edir. Azərbaycanı təmsil edən Vüsal Rəhimin işləri də gender mövzusuna həsr edilib, həm sürrealist, həm də realist janrlarında işlənən layihələri isə insan vücudundan ilhamlanıb.

Sərginin kuratorlarından biri olan Anika Mayer isə iki layihə haqqında məlumat verib. Berlinli Endi Kasyer və Nyu-Yorklu Lea Şraqerin işləri qadın və kişilərin özlərini müasir sosial media məkanında necə sərgilədiklərinə həsr edilib.

Qeyd edək ki, sərgi öz adını Henrik İbsenin qələminə məxsus “Kukla Evi” pyesindən götürür. 19-cu əsrin sonlarında yazılmış əsər özünü reallaşdırmağa imkanı olmayan evli qadının taleyindən bəhs edir.

Sərgi mayın 18-ə qədər, bazar ertəsi və çərşənbə axşamları istisna olmaqla, hər gün açıq olacaq.