MƏDƏNİYYƏT

Professor: “Mədəniyyət abidələrimiz məhv olmaq təhlükəsi qarşısındadır”

Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, professor Azad Rzayev deyir ki, tarixi abidələrin vəziyyəti ilə bağlı məsələlər beynəlxalq təşkilatlar qarşısında qaldırılıb
Sputnik

“İşğal olunmuş ərazilərimizdəki tarixi abidələrin vəziyyəti ilə bağlı məsələlər beynəlxalq təşkilatlar qarşısında qaldırılıb”. Bunu Sputnik Azərbaycan Mutimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, professor Azad Rzayev deyib.

Tarixçi professor bildirib ki, işğal olunmuş ərazilərdə xeyli sayda maddi mədəniyyət nümunələri məhv edilib, bəziləri isə məhv olmaq təhlükəsi qarşısındadır:

“Biz Dağlı Qarabağ və onun ətrafındakı işğal olunmuş yeddi rayonların ərazisindəki abidələrin taleyi ilə bağlı narahatlığımızı bildiririk. Ancaq yenə də dağıdılır, məhv edilir. İşğal olunmuş abidələrin vəziyyəti ilə bağlı işləri davam etdirməliyik. Hazırda o abidələrin bərpasına, qorunmasına birbaşa müdaxilə edə bilmirik, ancaq biz bunu tələb edə bilərik”.

Professor Azad Rzayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz