SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Trampın türkiyəli nazirlə görüşünü şərh edir

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Tramp ticarətçidir və Türkiyəni itirmək istəmir
Sputnik

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Ağ evdə baş tutmuş bu görüşü sensasiya saymaq olar: “Tükiyə Rusiyadan “S-400” zenit-raket komplekslərini aldığına görə sanksiyalarla və NATO-dan çıxarılmaqla hədələnirdi. Tramp ticarətçidir və Türkiyəni itirmək istəmir. ABŞ-da hərbçilər Türkiyəyə F-35 qırıcı təyyarələrinin satılmamasını da təklif edirlər. Tramp isə ticarətçi kimi anlayır ki, bu addımı atmaq ABŞ-ın milyardlarla dollar itirməsinə səbəb olacaq. Bu görüş həm də Türkiyənin NATO-dan çıxarılacağı ilə bağlı yayılmış şayiələrə də son qoydu”.

Qeyd edək ki, B.Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və “Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz