Ukraynadan son xəbər: Poroşenko sürətlə məğlubiyyətə doğru gedir

Respondentlərin 17,9 faizi hələlik öz seçimini müəyyənləşdirməyib
Sputnik

BAKI, 16 aprel — Sputnik. Ukraynada keçirilən son sorğulara əsasən, prezidentliyə namizəd Vladimir Zelenski hazırkı prezident Pyotr Poroşenko ilə aralarında olan səs faizini artırıb. Bu barədə Sputnik Azərbaycan "Ukrainskaya Pravda"ya istinadən xəbər verir.

Poroşenko Rusiyanı Ukrayna üçün "əsas təhdid" adlandırdı

Son rəy sorğusuna əsasən, prezident seçkilərinin ikinci turunda Zelenskinin lehinə 72,2% ukraynalı səs verməyə hazırdır. Poroşenkonu isə rəyi soruşulanların 25,4%-i dəstəkləyir. Bu rəqəmlər səsvermədə iştirak etmək istəyən və öz seçimlərini müəyyənləşdirən respondentləri əks etdirir.

Respondentlərin 17,9%-i öz seçimlərini hələlik müəyyənləşdirməyib.

Sorğu Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən 9-14 aprel tarixlərində Ukraynanın bütün regionlarında 129 yaşayış məntəqəsində 2004 respondent arasında keçirilib.

Ukraynadan son xəbər: Poroşenko sürətlə məğlubiyyətə doğru gedir

Qeyd edək ki, Ukraynada martın 31-də prezdent seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Vladimir Zelenski hamıdan çox səs toplayıb. O, seçicilərinin 30,24%-nin səsini qazanıb.

İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Onu Ukrayna vətəndaşlarının 15,95%-i dəstəkləyib.

Hazırda bu ölkədə prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci tur aprelin 21-də keçiriləcək.