Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 16 aprel — Sputnik. Bakıda 162 nömrəli orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə əlaqədar olaraq qeyd olunan təhsil müəssisəsinin direktoru Sevinc Abbasovanın məhkəməsi keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokrorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib.
Onun sözlərinə görə, yalnız məhkəmənin qərarından sonra həmin şəxs barəsində hansı qəti-imkan tədbirinin seçilməsi məlum olacaq: "Bunun üçün bu gün ərzində məhkəmənin hansı qərarı verəcəyini gözləməliyik. Artıq direktorla bağlı sənəd prokurorluğa təqdim olunub və məhkəməyə göndərilib. Ehtimal ki, bu gün ərzində həmin məsələyə baxılacaq və qərar qəbul ediləcək".
Xatırladaq ki, aprelin 4-də 162 nömrəli orta məktəbdə intihar hadisəsi baş verib. Baş verən olayda məktəbin direktoru da təqsirləndirilib və işdən uzaqlaşdırılıb.