HADİSƏ

Bərdədə inək öz sahibini tapdalayaraq xəstəxanalıq edib

Heyvan onu buynuzlayaraq və ayaqlayaraq ağır bədən xəsarətlərinə məruz qoyub
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Bərdə rayonunun Mustafaağalı kəndində bədbəxt hadisə qeydə alınıb. Sputnik Azərbaycan-ın bölbə müxbiri xəbər verir ki, kənd sakini Tufan Musayev ev heyvanlarına qulluq göstərərkən inəyin hücumuna məruz qalıb.

Hadisəyə səbəb inəyin həyətdəki itdən hürkməsi olub. İt inəyə yaxınlaşarkən heyvan təlaş keçirərək özünü itirib. Nəticədə sahibi Tufan Musayevə hücum edərək, onu buynuzlayıb, ayaqlayaraq ağır bədən xəsarətlərinə məruz qoyub.

Hadisə baş verərkən digər ailə üzvləri inəyi sakitləşdirə bilməyiblər. Nəticədə Tufan Musayevin ayağı sınıb.

Tufan Musayevin anası Qaratel Musayeva bildirib ki, Bərdə Mərkəzi Rayon Xəstəxanasında oğlunun ayağındakı sınığa görə lazımi tibbi yardım göstərilərək sarğı qoyulsa da, cərrahi müdaxiləyə ehtiyac var.