TƏHLİL

Politoloq: “Aİ ilə imzalanacaq sazişdə hər iki tərəfin maraqları nəzərə alınmalıdır”

Politoloq Fikrət Sadıxov deyir ki, Aİ ilə 90 faizlik razılığa gəlmişiksə, qalan 10 faizlik məsələlərin həlli də problem yaratmayacaq
Sputnik

“Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında sazişə müxtəlif məsələlərin həllinə imkan yaradan mühüm, baza sənədlərindən biri kimi baxır. Biz fəxrlə deyə bilərik ki, sazişin mətninin 90 faizdən çoxu artıq razılaşdırılıb, qalan hissənin razılaşdırılması üzrə iş aparılır. Bütün sənədin gələn ay razılaşdırılacağını gözləyirik”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, saziş imzalanarkən hər iki tərəfin maraqları nəzərə alınmalıdır:

“Biz Aİ ilə 90 faizlik razılığa gəlmişiksə, qalan 10 faizlik məsələlərin həlli də problem yaratmayacaq. Düşünürəm ki, müzakirələr, əsasən,  iqtisadiyyat və demokratiya məsələləri ətrafında gedəcək. Xüsusən də, Azərbaycanın ərazi bütövlüyünün tanınması maddəsi orada əks olunmalıdır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz