BAKI, 15 aprel — Sputnik. Sumqayıtda 37 yaşlı kişi yandırılıb.
Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, zərərçəkənin anası, Corat qəsəbə sakini, Nabat Abdullayeva hadisənin aprelin 12-də Sumqayıt şəhəri, dəniz kənarında yerləşən restoranlardan birində baş verdiyini bildirib. Bir neçə nəfər oğlu, 1982-ci il təvəllüdlü Abdullayev Faiq Malik oğlunu döydükdən sonra üstünə qaynar su töküblər.
Sumqayıt Şəhər Təcilli Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılan F.Abdullayev daha sonra II dərəcəli yanıq diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.