Nazarbayev Koçaryana şəxsi məktub yazdı - Yerevana incə mesaj

Nazarbayev ümid edir ki, gələcəkdə də Koçaryanla şəxsi əlaqələri davamlı olacaq
Sputnik

BAKI, 15 aprel — Sputnik. Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Ermənistanın ikinci prezidenti Robert Koçaryana məktub göndərib.

Sputnik Ermənistan Ermənistan prezidentinin qeyri-rəsmi saytı olan "2rd.am"-a istinadən xəbər verir ki, Nazarbayev şəxsən Koçaryanı Qazaxıstanın daxili siyasətində proseslər və dəyişikliklər barədə məlumatlandırıb.

Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat verdi

Qazaxıstanın birinci prezidenti vurğulayıb ki, Koçaryanla birgə işlədiyi illəri xoşluqla xatırlayır.

"Nazarbayev ümid edir ki, gələcəkdə də Koçaryanla şəxsi əlaqələri davamlı olacaq", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən ilin dekabrın 7-də yenidən həbs olunub.

Xatırladaq ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev martın 20-də istefa verib. Ölkənin yeni prezidenti parlamentin yuxarı palatasını sədri Kasım-Comart Tokayev olub.