CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Miri Yusif üç günlük solo konsert barədə danışdı

Populyar müğənni, Azərbaycanın əməkdar artisti Miri Yusif öz pərəstişkarları üçün üç günlük bayram hazırlayır
Sputnik

BAKI, 15 aprel — Sputnik. Miri Yusif iyunda baş tutacaq konsertlə bağlı bir sıra suallara aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda "SS-production" şirkətinin "İnstagram" səhifəsində video məlumat yerləşdirilib. Hazırlanan videoda Miri Yusif yaradıcılığı barədə danışıb.

Müğənni həmçinin konsertə gələn pərəstişkarlarını yeni mahnılarla sevindirəcəyini də vəd edib.

Qeyd edək ki, iyunun 7-9-u tarixlərində Miri Yusifin "Yaşıl teatr"da konserti keçiriləcək.