CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah bəzi ərazilərdə işıq olmayacaq

Abşeron rayonunun bəzi ərazilərində işıq olmayacaq
Sputnik

BAKI, 15 aprel — Sputnik. Aprelin 16 və 17-si tarixlərində bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iki gün ərzində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq  Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.