İQTİSADİYYAT

Bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-inədək qüvvədədir
Sputnik

BAKI, 15 aprel — Sputnik. Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib. 

Maşına benzin vurarkən və ya vurdurarkən, ehtiyatlı olun

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərar Nazirlər Kabinetinin (NK) 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi barədə Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Hava Yolları" QSC-nin, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verilib.

Dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin gömrük rüsumundan azad edilib. Hazırda bu markalara 15%-lik gömrük rüsumu tətbiq edilir.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Qazaxıstan şirkəti ermənilərə benzin satacaq

Digər bir qərarla isə Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri"ndə dəyişikliklər edib.

Belə ki, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin 1 tonu üçün aksiz dərəcəsi 1 manat müəyyənləşib.

Bu qərar da dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.