HADİSƏ

Məşhur marketin keçmiş filial müdiri intihar etdi

Bəzi məlumatlara görə, 31 yaşlı keçmiş müdir bir müddət əvvəl işdən azad edilib
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Bu gün saat 12-radələrində Bərdə şəhərinin Aydın Əhmədov küçəsində intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Araz” marketlər şəbəkəsinin Bərdə filialının rəhbəri Tofiq İlham oğlu İsgəndərov özünü yaşadığı evində asaraq öldürüb. Hələlik intiharın hansı səbəbdən baş verməsi məlum deyil.

Bəzi məlumatlara görə, 31 yaşlı keçmiş müdir bir müddət əvvəl işdən azad edilib.

Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.