HADİSƏ

Paytaxtda evlərdən 100 minlik oğurluq edən dəstə zərərsizləşdirilib

İki polis bölməsinin birgə əməliyyatı uğurla başa çatdı
Sputnik

BAKI, 15 aprel — Sputnik. Bakıda evlərdən külli miqdarda oğurluq edən dəstə üzvləri saxlanılıb.

Bakıda daha bir əcnəbini qarət etdilər

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan İ.Salayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 26-cı və 28-ci Polis Bölmələrinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Namazova və Şirvan şəhər sakini A.Balayevlə birgə evlərin birindən 12.000 manat və 35.000 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Namazova və A.Balayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

İ.Salayevin və A.Balayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların digər bir evdən 5500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam edir.