HADİSƏ

Bakıda inanılmaz oğurluq – Fabrikdən 170 minlik toyuq aparıldı

Cinayəti törətməkdə şübhəli bilinin 4 nəfər saxlanılıb
Sputnik

BAKI, 15 aprel — Sputnik. Bakıda quşçuluq fabrikindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıb.