Fransanın simvolu yanıb külə dönür – VİDEO

Yenidənqurma və bərpa işləri aparılan kilsənin bir hissəsi taxtalarla bağlanıb. Yanğın inşaat işləri ilə bağlı ola bilər.
Sputnik

BAKI, 15 aprel - Sputnik. Fransanın və dünyanın ən məşhur tarixi abidələrindən olan Notr-Dam-de-Pari yanır. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, çoxsaylı videolarda qədim kilsənin yandığı və qismən dağıldığı görünür.

​Qeyd edək ki, yenidənqurma və bərpa işləri aparılan kilsənin bir hissəsi taxtalarla bağlanıb.

​“France Presse” agentliyi qeyd edir ki, yanğın inşaat işləri ilə bağlı ola bilər.

​Artıq kilsənin bir hissəsi dağılıb. Kilsənin yaxınlığındakı bütün küçələr bağlanıb, insanlar baş verənləri izləyirlər.

​Ölən və yaralananlar barədə məlumat yoxdur.