HADİSƏ

FHN yanğınla bağlı məlumat yaydı

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Sputnik

BAKI, 14 aprel — Sputnik. Beyləqan rayonunun Orta Əlinəzərli kəndində ümumi sahəsi 90 m² olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.