HADİSƏ

Ölkəmizdə reper həbs edilib

O, nzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ittiham olunur
Sputnik

BAKI, 14 aprel — Sputnik. Sosial şəbəkələrdə "Ruzigar" ləqəbli reper kimi tanınan Sumqayıt şəhər sakini Aydın Hüseynov ötən gün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan ONA-ya istinadən xəbər verir ki, A.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə ittiham edilir.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə A. Hüseynov 30 sutka müddətində inzibati qaydada həbs edilib.