SƏHİYYƏ

Azərbaycan üzrə ölümlərin "pay bölgüsü" bəlli oldu

Qan dövranı sistemi xəstəliklərindən ölənlər ümumi ölənlərin 59 faizi təşkil edir
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda ən geniş yayılan xəstəliklərdən biri də qan dövranı sistemi xəstəlikləridir. Qan dövranı sistemi xəstəliklərinə görə, ölkəmizdəki ümumi məlumat açıqlanıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, qan dövranı sistemi xəstəliklərindən ölənlər ümumi ölənlərin 59 faizi təşkil edir ki, onların da 3-4 faizi uşaqların payına düşür.

"Ümumilikdə qeyd edə bilərik ki, bütün illər üzrə bu xəstəlikdən dünyasını dəyişənlər 58-59 faiz olub" - deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, hələlik nazirlik 2018-ci ildə qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlərlə bağlı rəqəmləri açıqlamayıb.