CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mobil telefon, avtomobilin sükanı və çantadakı qələm - Təhlükəli üçlük

"Sözügedən əşyalara toxunduqdan sonra mütləq əlləri sabunla yumaq lazımdır"
Sputnik

BAKI, 14 aprel — Sputnik. Rusiyalı tibb mütəxəssisi ən çirkli əşyaların reytinqini açıqlayıb. Sən demə, ən çox çirkli hesab olunan şeylər pul, mobil telefon, avtomobilin sükanı və çantadakı qələmdir.

Şüşə üzərində incəsənət: Gündəlik ev əşyalarını sənət əsərlərinə necə çevirmək olar

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Moskva poliklinikalarından birinin şöbə müdiri Vasili Frolov apardığı tədqiqatların nəticələri barədə məlumat verərkən danışıb.

"Həmçinin, ən çox mikrob daşıyıcısı olan əşyaların top onluğuna liftin düyməsi, bankomatların klaviaturası, supermarketdəki arabaların tutacaqları, ictimai yerlərdəki qapıların dəstəyi, televizor pultları və qab yumaq üçün olan süngərlər daxildir" - deyə tibb mütəxəssisi bildirib.

Onun sözlərinə görə, mənzillərdə ən təhlükəli əşyalar xalçalar, divan örtükləri və qoltuqları, plitə və ventilyasiyalar, mətbəx şkafları, vanna və duş kabinetləridir.

Frolov vurğulayıb ki, ictimai yerlərdə sözügedən əşyalara toxunduqdan sonra mütləq əlləri sabunla yumaq lazımdır: "Bu, qorxunc mikrobların törədə biləcəyi hər hansı xəstəlikdən sığortalanmağın ən yaxşı yoludur".