HADİSƏ

Həlak olan hərbçimiz bu gün dəfn olunacaq

Onun cənazəsi səhər saatlarında doğulduğu kəndə aparılıb
Sputnik

BAKI, 14 aprel — Sputnik. Mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Həlak olan hərbçimiz bu gün dəfn olunacaq

Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. O, Qazax rayonu Yuxarı Salahlı kəndinin sakinidir.

Həlak olan hərbçimiz bu gün dəfn olunacaq

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər veri ki, onun cənazəsi bu gün səhər saatlarında doğulduğu kəndə aparılıb. Abdullayevin hazırda kənd qəbiristanlığında dəfn mərasimidir.