Bir neçə ay öncə təmir olunmuş Babək prospektində bir müddət öncə yenidən çökmə olub.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, baş vermiş belə hadisələrin hər birinin özünəməxsus səbəbləri ola bilər:
“Ona görə də hadisənin baş vermə səbəbləri araşdırılmalıdır. Müvafiq qurumların verdiyi rəydən çox şey asılıdır. Veriləcək rəy bir çox suallara aydınlıq gətirəcək. Bu hadisə gələcəkdə baş verə biləcək hadisələrin qarşısını vaxtında almaq üçün nümunədir”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz