BAKI, 13 aprel — Sputnik. Ötən gecə İsrail hərbi hava qüvvələri Suriyanın Hama əyalətinin Şam şəhərindəki mövqelərini bombalayıb. Sputnik AzərbaycanFrance24-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA xəbər agentliyi məlumat yayıb.
Verilən məlumata görə, hücum zamanı bir neçə iranlı hərbçisi ölüb. Yaralıların 17-si Suriya hərbçisidir.
İsrailin hərbi sözçüsü, yayılan xəbərlərə şərh verməkdən imtina edib. Suriya tərəfi bildirir ki, hava hücumu zamanı İsrail raketlərinin bir qismi zərərsizləşdirilib.