CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O dağda qələbə bayrağını da azərbaycanlı döyüşçü qaldırıb

Azərbaycanın mərd oğul və qızlarının xatirəsi yad edilib
Sputnik

BAKI, 13 aprel – Sputnik. Rusiya Dövlət Dumasının deputatı Pavel Şperov aprelin 13-də - Simferopolun alman-faşist işğalçılarından azad edilməsinin 75-ci ildönümündə 77-ci atıcı diviziyasının hərbçilərinin xatirəsini yad edib, Sapun-dağın ətəyində azərbaycanlı döyüşçülərin memorialına çiçək dəstələri düzüb. 

O dağda qələbə bayrağını da azərbaycanlı döyüşçü qaldırıb

“Aprelin 13-ü Krım tarixinə əbədi yazılıb. Düz 75 il əvvəl bu gün sovet əsgərləri qanlarını axıdaraq günbəgün faşizm taununun caynaqlarını qırırdılar və bizim şəhərləri azad edirdilər. Bu gün bu yer təsadüfi seçilməyib. Simferopolun azad edilməsində məhz 77-ci atıcı diviziya əsas rol oynayıb. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə hərbi birliyə “Simferopolski” fəxri adı verilib. Amma diviziya özünün başqa adı ilə də məşhurdur – Azərbaycan diviziyası. Çünki 1943-cü ildə yenidən təşkil ediləndən sonra onun sıralarına təxminən 1,5 min azərbaycanlı əsgər və zabit çağırılıb” – deyə RF Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitənin üzvü Pavel Şperov bildirib.

77-ci azərbaycanlı diviziyası ən birincilərdən Sevastopola girib, mayın 7-də sarsıdıcı zərbə ilə Sapun-dağı ələ keçirib. Bəzi tarixçilərə görə, ələ keçirilən yüksəklikdə qələbə bayrağını da azərbaycanlı döyüşçü qaldırıb.

O dağda qələbə bayrağını da azərbaycanlı döyüşçü qaldırıb

Sapun-dağın ətəyindəki döyüş yerlərində qurulan abidə üzərindəki yazıda deyilir: “Qırmızı Bayraqlı Suvorov Ordenli Serqo Orconikidze adına 77-ci Simferopol atıcı diviziyasının döyüşçülərinə - Sapun-dağa hücumda iştirak edən Azərbaycanın mərd oğul və qızlarına/1944-cü ilin mayı/. Diviziya 1920-ci ildə Bakıda yaradılıb. Qafqazın, Ukraynanın, Pribaltikanın alman-faşist işğalçılarından azad edilməsində iştirak edib”.

Abidənin qoyulması təşəbbüsünü irəli sürən Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev 1974-cü ildə onun açılışını edib. O da maraqlıdır ki, 45 il əvvəl təntənəli mərasimdə Azərbaycan Respublikasının hazırkı prezidenti İlham Əliyev də iştirak edib.

Bu gün xatirə aksiyasında Sevastopolun azərbaycanlı icmasının sədri Elman Mustafa oğlu Mustafayevin başçılığı altında azərbaycanlılar da iştirak edib.

O dağda qələbə bayrağını da azərbaycanlı döyüşçü qaldırıb

“Keçmiş SSRİ üzvləri olan dövlətlərin hərbi-vətənpərvərlik sahəsində aktiv beynəlxalq əməkdaşlığı sovet qəhrəmanlarının igidliklərinin yaddaşlarda qorunmasının əsl təminatı olmalıdır. Ümid edirik ki, Rusiya və Azərbaycan arasında uzun illər davam edən dostluq ayrı-ayrı siyasi qüvvələrin ambisiyalarının qurbanı olmayacaq. Mən şəxsən        buna kömək etməyə hazıram” – deyə Pavel Şperov əlavə edib.