Rusiyanın Ukraynadakı səfirliyinin qarşısında partlayış

Partlayış səhər saatlarında baş verib
Sputnik

BAKI, 13 aprel — Sputnik. Rusiyanın Ukraynadakı səfirliyi qarşısında şənbə günü səhər saatlarında yüksəkvoltlu kabeldə partlayış baş verib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Yerin altında yüksəkvoltlu kabel partlayıb. Partlayış nəticəsində səkinin müəyyən hissəsi dağılıb, heç kimə xəsarət dəyməyib" - deyə Kiyev polisinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, hazırda qəzanın aradan qaldırılması üzərində iş aparılır, müvafiq qurumlar əraziyə cəlb olunub.