Kişi uşağı üçüncü mərtəbədən tulladı

Uşaq üçüncü mərtəbədən düşsə də, sağ qalıb
Sputnik

BAKI, 13 aprel — Sputnik. ABŞ-da dəhşətli cinayət hadisəsi baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı kişi üçüncü mərtəbəyə qalxıb, 5 yaşlı uşağı qaldıraraq, onu aşağıya tullayıb. Hadisəni uşağın anası görüb və qışqırmağa başlayıb. Olayın şahidləri bildirilər ki, hadisə yerində qan gölməçəsi olub.

Uşaq üçüncü mərtəbədən düşsə də, sağ qalıb. Vəziyyəti ağır olan uşağa həkimlər tibbi yardım göstərib.

Anlaşılmaz cinayəti törədən kişi həbs edilib. Ona adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Hələlik hadisənin motivləri qaranlıq olaraq qalır.