CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azər Həsrət: “Televiziyalar təsadüfi adamları işə cəlb etməməlidir”

“İctimai TV”nin Yayım Şurasının üzvü Azər Həsrət deyir ki, televiziyalar Azərbaycan xalqının milli mənəvi dəyərlərini rəhbər tutmalıdır
Sputnik

“Televiziya kanallarının təqdim etdiyi istənilən məsələ ciddi şəkildə ölçülüb-biçilməlidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “İctimai TV”nin Yayım Şurasının üzvü Azər Həsrət deyib.

Azər Həsrət bildirib ki, təqdim olunan informasiyalar cəmiyyətə zərərli olmamalıdır, əksinə insanları maarifləndirməlidir:

“Televiziyalar işlərinə məsuliyyətlə yanaşmalı, təsadüfi adamları işə cəlb etməməlidir. Bununla yanaşı televiziyalar dünyada gedən trendləri izləməli, yeni texnologiyaların tətbiqinə çalışmalıdırlar. Televiziyalar Azərbaycan xalqının milli mənəvi dəyərlərini rəhbər tutmalıdır. Ola bilər ki, qərb teleməkanında uyğun görülən yayımlar, bizim efir məkanı üçün uyğun olmasın”.

Qeyd edək ki, bir neçə gün əvvəl "Space" televiziyasının efirində baş vermiş xoşa gəlməz hala görə, Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ)  kanalı cərimələyib.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz