Aktyor səhnədə ölümlə zarafat etdi və öldü

Məşhur aktyor zarafatından az sonra canını tapşırdı
Sputnik

BAKI, 13 aprel — Sputnik. Böyük Britaniyanın məşhur komediya və standap aktyoru Yan Koqnito dünyasını dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur aktyor səhnədə çıxış edən zaman insult xəstəliyi barəsində zarafat edib. Bir neçə dəqiqədən sonra isə dünyasını dəyişib. Hadisə aprelin 11-də baş verib.

Aktyor səhnədə ölümlə zarafat etdi və öldü

Aktyor çıxışında zarafatla deyib ki, o insult keçirəndən sonra oyanacaq və Uels dilində danışmağa başlayacaq. Bunu deyəndən 10 dəqiqə sonra o özünü pis hiss edib və stula əyləşib. İzləyicilər aktyorun bu hərəkətlərini tamaşanın ardı kimi qəbul ediblər və seyr  etməkdə davam ediblər. Daha sonra aktyorun vəziyyətinin ağır olduğunu görənlər təcili yardım çağırıblar. Təcili yardım gələnə kimi aktyor dünyasını dəyişib.

Qeyd edək ki, yumor ustası Yan Koqnito 1980-ci ildən aktyor olaraq fəaliyyət göstərir.

1999-cu ildə Time Out Award mükafatına layiq görülüb.