CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixçi: “Əhməd bəy Ağaoğlunu təbliğ etmək bizi Qarabağa yaxınlaşdırır”

Tarix elmləri doktoru, professor Anar İskəndərov deyir ki, Əhməd bəy Ağaoğlu ki, ermənilərin Azərbaycan xalqına qarşı hansı niyyətləri olduğunu anlayırdı
Sputnik

Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan ictimai fikri tarixində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi daşıyır.

Tarix elmləri doktoru, professor Anar İskəndərov Sputnik Azərbaycan-a deyir ki, XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycan tarixində Əhməd bəy Ağaoğlunun əvəzsiz xidmətləri olub:

“Eyni zamanda o, Türkiyə Cümhuriyyətinin qurulmasında və  inkişafında mühüm rolu olan şəxsiyyətdir. Əhməd bəy Ağaoğlu “Difai”ni yaratmaqla anlayırdı ki, ermənilərin Azərbaycan xalqına qarşı hansı niyyətləri var. AXC-nin 23 aylıq varlığında, Azərbaycanın demokratik imicinin formalaşmasında, Qafqaz İslan Ordusunun çağırılmasında və digər hadisələrdə Əhməd bəy Ağaoğlunun fəaliyyəti olub. Əhməd bəy Ağaoğlu ermənilərin qara siyahısında idi. Türkiyə istiqlal mübarizəsinin rəhbəri Mustafa Kamal Atatürkə qoşulmasaydı onu Behbud xan Cavanşirin taleyi gözləyirdi. Bu gün Əhməd bəy Ağaoğlunun xatirəsini yad etmək, onun yubileyini keçirmək bütün Azərbaycan xalqının uğuru və sevincidir. Belə inqilab mücahidlərini təbliğ etmək bizi Qarabağa yaxınlaşdırır”.

Professor Anar İskəndərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz