Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 12 aprel — Sputnik. Epilepsiya xəstəsi olan 3 uşaq anası intihar edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şabranın Xırdaoymaq kəndində baş verib.
1986-cı il təvəllüdlü Pəri Əliyeva özünü yaşadığı evin həyətindəki tövlədə asıb.
3 uşaq anası olan P.Əliyevanın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. İlkin ehtimala görə, intiharın səbəbi də bununla bağlı olub.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.