Paytaxtda avtobusların dayanacaq məntəqəsi dəyişdirilib

Avtobuslar Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin xidmətində olacaq
Sputnik

BAKI, 12 aprel — Sputnik. Bakıda 2, 14, 13, 7a, 158, 142, 130, 59, 37, 96, 91, 29, 117, 83 və 67 nomrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, avtobuslar 13.04.2019-cu il tarixindən Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin xidmətində olacaq.