Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 12 aprel — Sputnik. Ötən gecə Qax rayonun Qum, Zərnə, Qaratala, İngiloy Kötüklü, İbaxlı və Uzuntala kəndlərinə dolu yağıb.
Təbiət fermerlərimizə xoşagəlməz sürpriz etdi: Bu dəfə şimal-qərb bölgəsində
© Sputnik / Shahperi Abbasova
Sputnik Azərbaycan-ın müxbirinin məlumatına əsasən, 15 dəqiqə davam edən dolu meyvə ağaclarına ciddi ziyan vurub. Yerli fermerlərin sözlərinə görə, yağan dolu kənd təsərrüfatının inkişafına mane olur.
Belə ki, dolu nəticəsində çiçəklənən ağacların çiçəkləri məhv olur və bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur.