HADİSƏ

Quba-Xınalıq yolu ilə bağlı daha bir xəbərdarlıq edildi

Quba-Xınalıq yolu qayalardan təmizlənib
Sputnik

BAKI, 12 aprel — Sputnik. "Dünən axşam saatlarında Quba-Xınalıq yolu qayalardan təmizlənib. Gecə təhlükəsizlik məqsədi ilə əməkdaşlar və texnikalarımız ərazidə növbədə olublar".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib. O bildirib ki, ərazidən keçən sürücülərə həmin nöqtədə dayanmamaq xəbərdarlığı edilib. Əraziyuə xəbərdarlıqedici əlavə yol nişanları qoyulacaq. Ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyyə olunur.

Quba-Xınalıq yolu ilə bağlı daha bir xəbərdarlıq edildi

Xatırladaq ki, dünən Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb. Məlumata görə, dərhal hadisə yerinə Agentliyin əməkdaşları və xüsusi texnika cəlb edilib.