HADİSƏ

Erməni hərbçiləri Azərbaycanla sərhədin yaxınlığında qəzaya uğradılar

"ZİL-131" markalı avtomaşın idarəetməni itirərək yoldan çıxıb
Sputnik

BAKI, 12 aprel - Sputnik. Ermənistanda hərbi "ZİL" avtomobilinin qəzaya uğraması nəticəsində təxminən 20 hərbçi xəstəxanaya yerləşdirilib. Sputnik Ermənistan-ın məlumatına əsasən, hadisə ölkənin cənubunda, Azərbaycanla sərhədin 1 kilometrliyindəki Siranadzor adlı yerdə baş verib.

Belə ki, "ZİL-131" markalı avtomaşın idarəetməni itirərək yoldan çıxıb. Bundan sonra avtomobil qayaya dəyərək aşıb. Nəticədə 18 hərbçi Mehri rayonundakı tibb mərkəzinə çatdırılıb. Hərbçilərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yaralı hərbçilərdən biri hadisəyə avtomobilin əyləc sistemindəki nasazlığın səbəb olduğunu deyib.

İnsidentin detalları aydınlaşdırılır.