BAKI, 12 aprel - Sputnik. Prezident İlham Əliyev Valentina Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.
Valentina Matviyenko Rusiya Federasiya Şurasının sədridir.