HADİSƏ

Sabunçu rayonunda yanğın olub

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Sputnik

BAKI, 11 aprel — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan qarajın içərisində "Tofaş" markalı minik avtomobilinin yanar hissələri və 2 m² sahədə əşyalar yanıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.